Azərbaycan XİN: Başın sağ olsun, Qardaş Türkiyə!

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.

XALQ.AZ xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında qeyd olunub.

“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Qardaş Türkiyə!” – paylaşımda yazılıb.