Azərbaycan XİN təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar İran və Ukraynanın Xarici İşlər Nazirliklərinə başsağlığı ünvanlayıb.

XALQ.AZ-ın məlumatına görə, bununla bağlı XİN-in “Twitter” səhifəsində mətn dərc edilib.

Başsağlığında deyilir: “Bu xəbəri eşitmək çox kədərli idi… Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

XALQ.AZ