Azərbaycana 101 avtobus gətirilib

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 101 ədəd avtobus idxal olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, altı ayda ölkəyə 16 min 965 ədəd minik avtomobili, 1593 ədəd yük avtomobili, 101 ədəd avtobus gətirilib.