Azərbaycana qar yağıb

 

55

İntensiv qar yağışı Tovuz və Gədəbəyin ucqar dağ kəndlərində müşahidə edilib

Tovuza qar yağır. Qar əsasən rayonun ucqar dağ kəndlərinə-Qaralar, Qonaqlı, Tələhli, Çatax, Böyük Qışlaq kimi kəndlərinə düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qar yağışı bir necə saat öncə başlayıb və intensiv sürətdə davam edib. Belə ki, 15 dəqiqiə ərzində düşən qarın hündürlüyü 5 sm-ə yaxın olub.
Qar yağışı Gədəbəyində ucqar qağlıq ərazilərində müşahidə eidlib. Adıçəkilən ərazilərdə havanın temperaturu -1 dərəcəyə kimi düşüb.