Azərbaycana qarşı xain düşmənin təxribat cəhdi

Iyulun 12–də Ermənistan tərəfindən qəfildən baş vermiş xəyanətkar hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmış, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kımi çağırışlar səsləndirmişlər. Bu, bir tərəfdən də Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Rəspublıkasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə qarşısına qoyulan istənılən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimızdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir .

Erməni silahlı qüvvələrinin ölkəmizə qarşı təxribat törətmək cəhdinın qarşısı alındı. Düşmənin belə təxribat xarakterli hücumları yenilik deyil və gözləniləndir. Çünki son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider mövqelərə çıxan Azərbaycan bir çox sahələrdə əldə etdiyi uğurlarla seçilən dövlətlər cərgəsində mövqelərıni daha da möhkəmləndirməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu butün istıqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı qüvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. İstər iqtisadı göstəricilərinə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyən Azərbaycan pandemiya şəraitinin mövcudluğuna baxmayaraq. son vaxtlar beynəlxalq mövqelərıni də daha da gücləndirməkdədir. Ölkəmizin sədrlik etdıyi Qoşulmama Hərəkatının Zirvə toplantısının ugurla nəticələnməsi, ardınca Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının kəçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı böyük dünya dövləti görmək istəməyən xarici qüvvələri ciddi narahat edən hadisələrdir. Azərbaycan qeyd olunan beynəlxalq müstəvilərdə Azərbaycanın bir nömrəli problemini – Dağlıq Qarabağ münaqişəsi ilə baglı həqiqətləri gündəmə gətirməkdədir. Artıq həm siyasi, həm də hərbi sahədə ölkəmizdən çox geridə qalan Ermənistan dövləti uçuruma doğru gedir. Əlbəttə, səriştəsiz idarəçilik və səriştəsiz baş naziri olan ölkə məhvə məhkumdur. Ölkəmiz hər sahədə günü–gündən inkişaf edir. Dünya dövlətləri ölkəmizın mövqeyini dəstəkləyir. Bu da bədnam qonşularımızı qıcıqlandırır, dövlətimizə qarşı məkrli planlar hazırlayırlar. Amma bizim güclü ordumuz hər cür təxribatın qarşısını almaq gücündədir. Buna 12 iyul döyüşlərində də canlı şahid olduq. Doğrudur, qəhrəmanlar-şəhidlər verdik. Amma bir qarış vətən torpağını simasız düşmənə vermədik. Xalq Ali Baş Komandanın yanındadır, onu hər zaman dəstəkləyir. Ordumuza güvən sonsuzdur. Bizım xalq vətənpərvər xalqdır.

“Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin”. Bu fikri cənab Prezident Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial–iqtisadl inkışafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Möhtərəm Prezidentimiz bildirib ki, Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı: “O fərarilər ki , ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib–ıçirdılər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5–də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fıkri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.

Cənab Ilham Əliyev vurğuladı ki, ona verilən məlumata görə, dünən bəzi muxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içınə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar: “Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe – beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. Indi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Butün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizım qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndır. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadlr. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa. onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır. bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacagıq? Onlara elə dərs veriləcək ki, bu. son dərs olacaqdır.

Ali Baş Komandan bildirib ki, kim yenidən orduda xidmət etmək istəyirsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçə bilər: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk. Azərbaycanın ehtiyatda olan hərbçiləri də var. Zərurət olacağı təqdirdə, onlar da öz yaşadıqları ünvanlar üzrə qeydiyyata alınacaq. Burada hərbi təlim, ibtidai, hərbi bacarıqlara malik olmaq əsas şərtdir. Gənclərimizin coşqusu yüksək qiymətləndirilir. Ali Baş Komandan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında vəzifə qoyub. Zərurət olduğu təqdirdə həmin gənclər lazımı istiqamətə yönəldiləcəklər”.

Naftalan ziyalısı Möhübbət Bədəlov