Azərbaycanda 34 uşaq övladlığa verilib

Son beş il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 34 nəfər uşaq övladlığa verilib.

Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, övladlığa verilən uşaqlar 3-16 yaş arasındadır.
“Onlardan 17-sı qız, 17-si isə oğlandır. Övladlığa verilən uşaqlardan sağlam olanların sayı 26 nəfərdir, 8 nəfər isə sağlamlıq imkanları məhdud olan uşaqlardır”.