Azərbaycanda 355 nəfər vətəndaşlığa qəbul olunub

Azərbaycanda 355 nəfər vətəndaşlığa qəbul olunub.

Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, 338 nəfər vətəndaşlığa qəbul olunub, daha 17 nəfərin isə vətəndaşlığı bərpa edilib. 

Həmin şəxslər Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.