Azərbaycanda 4171 QİCS xəstəsi var

 

47

 

Bu ilin 9 ayına olan statistik məlumatlara görə, Azərbaycanda İİV-ə (İnsanın immun çatışmazlığı virusu) yoluxanların sayı 4171 nəfərdir. Bunu jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxanların 96%-i Azərbaycan vətəndaşı, qalanları isə əcnəbilərdir.

Esmira Alməmmədova qadınlarla müqayisədə viruslu kişilərin sayının çox olduğunu da qeyd edib. Belə ki, qeyd edilən xəstələrin 80% kişilər, 20 %-i isə qadınlardır.
“İİV-ə yoluxanların 1/3 məhbuslar, 21%-i miqrantlardır. Əsas yaş həddi 30-49 yaş arasıdır. İİV-ə yoluxanaların 35 %-i 40-49 yaşlı insanlardır. Yoluxma halları qoruyucu vasitələrdən istifadə edilməmiş seksual əlaqlər nəticəsində də baş verir”.

Buna baxmayaraq QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Azərbaycanın İİV-ə yoluxma səviyyəsi yüksək olmayan ölkələr arasında olduğunu bildirib.