Azərbaycanda ailənin 10-cu övladı doğuldu-Video

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

XALQ.AZ xəbər verir ki, Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.

Orxan