Azərbaycanda bu universitet ləğv olundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən Qafqaz Universiteti ləğv olunur.

XALQ.AZ-ın məlumatına görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Məmmədov Əmir oğludur.