Azərbaycanda bunlar da istehsal olunacaq

Azərbaycanda yeni sənaye zonaları yaradılacaq.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda sənaye zonalarının yaradılması bu gün Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biridir:

“Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri uğurla davam edir və yaxın zamanlarda işlər yekunlaşacaq. Həmçinin, Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə başlanılır. Hər iki sənaye məhəlləsində sahibkarlarla danışıqlar aparılır. Bir sıra sahibkarlıq subyektləri iştirakçı kimi qeydə alınıb – avtomobil yığımı, metallurgiya, xalçaçılıq, gübrə yığımı və bir çox sahələri əhatə edir”.

N. Səfərov vurğulayıb ki, yeni sənaye zonalarının yaradılması ciddi iqtisadi təhlil və qiymətləndirmə tələb edir :

“Azərbaycanın bir neçə iqtisadi regionları üzrə bu işlərə başlamışıq, müvafiq dövlət qurumları ilə müzakirələr aparılır. Bu işlərin miqyası və inzibati ərazilərdə genişləndiriləcək”. O həmçinin qeyd edib ki, Azərbaycan növbəti ildən şpris və dərman istehsalına başlayacaq:

“Pirallahı Sənaye Məhəlləsində şpris zavodunun tikintisi başa çatıb. Hazırda zavodun daxilində quraşdırılma işləri aparılır və avadanlıqlar sifariş etdirilib. Eyni zamanda, ” R- Farm ” şirkətinin formaseptik fabrikin tikintisinə başlanılıb. Burada istehsal edilən nəinki daxili bazarın tələbatı ödəniləcək, həmçinin ixrac potensialı yaradılacaq. Səhiyyə Nazirliyi ilə əhəmiyyətli dərmanların istehsalı ilə bağlı müzakirələr aparılır”,- deyə o bildirib.

 

 

Orxan