Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


XALQ.AZxəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.


Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.


Ölən şəxs – 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.


Xəsarət alanlardan biri – 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.


Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.


Faktla bağlı araşdırma aparılır.