Azərbaycanda dəhşətli yol qəzası: 6 ölü

kamaz

Gəncə şəhərində baş verən qəzada ölənlərin adları bəlli oldu.

Bu haqda Gəncə şəhər Baş Polis İdarəsi məlumat verib. Hadisə zamanı Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2105”-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb.

19.33
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda baş verən dəhşətli avtomobil qəzasında avtomobillərin dövlət nömrə nişanları bəlli oldu. “VAZ-21015” minik avtomobilinin nömrəsi “57 BT 795”, “KamAZ” yük maşınının nömrəsi isə “40 BD 971”-dir.

Xatırladaq ki, hadisə bu gün saat 18:00 radələrində Gəncə şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.

19.13
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda dəhşətli avtomobil qəzası baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, “KAMAZ” yük maşını ilə “VAZ-21015” minik avtomobilinin toqquşması nəticəsində “VAZ-21015”-də olan 6 sərnişin dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri və ölənlərin kimliyi barədə əlavə məlumat veriləcək.