Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir”.

seyx

 

 

 

“Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib”.

XALQ.AZ Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Azərbaycan nümayəndə heyətinin Finlandiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Anna-Kaisa Heikkinen ilə görüşdə QMİ-nin sədri bildirib ki, ölkədə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıb və yaşayırlar: “Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir”.

A.Paşazadə ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyi olan İslam dininə diqqət və qayğısından danışıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.