Azərbaycanda Hollivud filmi kimi cinayət

Avtomobil

Tərtər polisi avtomobil oğrularını yaxalayıb.

XALQ.AZ-ın məlumtına görə, əslən Ağdam rayondan olan Bakı şəhərində məskunlaşmış Camal Vəliyev Tərtər rayon polis şöbəsinə müraciət edərək, ona məxsus avtomobilin qaçırıldığını deyib.

Hadisə avtomobil sahibinin gözləri önündə baş verib. Avtomobili qaçıranın isə Vüqar adlı şəxs olduğu deyilir.

Belə ki, avtomobilini dəyişmək istəyən Camal Vəliyev bu işdə ona köməklik edəcəyini deyən və özünü Vüqar kimi təqdim edən şəxslə Bakı şəhərində tanış olub. Tərtərə də yeni avtomobilə baxmaq üçün birlikdə gəlirlər. Rayonun İrəvanlı kəndi ərazisində yeni tanışı Camaladan su almağı xahiş edir. Avtomobil sahibi mağazaya girən zaman sükan arxasına əyləşərək aradan çıxır.

Tərtər rayon polis şöbəsinin araşdırması zamanı məlum olub ki, özünü Vüqar kimi təqdim edən şəxs əslində Bərdə rayon sakini Ramal İsmayılovdur. Hətta bu işdə ona dostu Elməddin Mehdiyev də köməklik edib.

Tərtər polisindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Ramal İsmayılov dələduzluq etdiyinə görə axtarışda olub. Ramal İsmayılov və Elməddin Mehdiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5, maddələriylə cinayət işi başlanıb, araşdırma aparılır.