Azərbaycanda İKT sahəsində yeni milli standartlar qəbul olunacaqdır

 

001

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni milli standartlar qəbul olunacaqdır.
Xalq.az xəbəər verir ki,bu barədə  rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat vermişdir.
Elmir Vəlizadə qeyd etmişdir ki, nazirliyin yanında Standartlaşdırma üzrə İKT Texniki Komitəsinin iş planına uyğun beynəlxalq standartlara əsasən biometrik texnologiyalar, proqram məhsullarının hazırlanması sahəsində rəqəmsal televiziya və terminologiyalar üzrə standartlar hazırlanır. Hazırda ölkədə qəbul olunmuş İKT sahəsi üzrə təqribən 30 standart vardır.