Azərbaycanda indiyədək aparılan koronavirus testlərinin sayıaçıqlandı

Azərbaycanda son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980 test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XALQ.AZ-a verilən məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 456215-dir.