“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim həbs olundu

Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxs həbs olunub. 

XALQ.AZ-ın xəbərinə görə, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib.

Məhkəmə qərar çıxarıb və saxlanılan şəxs həbs edilib.

Həbs olunan həkim Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasında saxlanılır.Haqqin.az