Azərbaycanda koronavirusla bağlı saxlanılanların – Sayı

224 nəfər karantin şəraitində saxlanılıb. 12 nəfər İran, 1 nəfər İtaliya, 7 nəfər digər ölkələrin vətəndaşları, 204 nəfər isə Azərbaycan vətəndaşıdır.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

“Epidemiya sərhəd tanımır. Biz virus yayılan ölkələrlə işləyirik. Bu şəxslər müalicə almırlar, sadəcə karantində saxlanılıblar”.

O bildirib ki, bu rəqəmlər daima dəyişir: “Cavabların alınması vaxt alır. Labaratoriyalar 24 saat rejimində çalışır”.