Azərbaycanda koronavirusla bağlı son rəqəmlər

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) XALQ.AZ-a verilən məlumata görə, bu gün 8532 koronavirus testi edilib. Onlardan 339-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 717 164-ə çatıb. 

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 275 nəfərdir. Onlardan 69 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 5951 nəfər aktiv koronavirus xəstəsi var.