Azərbaycanda məmur qəfil dünyasını dəyişdi

Azərbaycan Republikasının Hesablama Palatasının Sosial müdafiə və Sosial təminat sahələrinin auditi söbəsinin baş məsləhətçisi Eldar Məmməd oğlu Abdulayev 57 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Onun ürəktutmasından öldüyü bildirilir. Bu gün Heydər Əliyev məscidində mərhumun 3 mərasimi keçirilir.

Qeyd edək ki, Lent.az-ın dünən yaydığı məlumatda Eldar Abdullayevlə yanaşı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Mayis Sarıyevin də ürəktutmasından dünyasını dəyişdiyi bildilmişdi.

Allah rəhmət eləsin!