Azərbaycanda məşhur müğənni vəfat etdi – FOTO

60- cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə Kulis.az -a sənətkarın yaxınları məlumat verib. 60-80 cı illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.

Azərbaycanda məşhur müğənni vəfat etdi - FOTO

XALQ.AZ