Azərbaycanda nazir vəzifəsindən azad edildi

Xarici İşlər Naziri Elmar Məmmədyarovun istefasından sonra bu vəzifəyə təhsil naziri Ceyhun Bayramov təyin edilb.

XALQ.AZ xəbər verir ki, bu haqda xəbəri “yeniavaz.com” saytı məlumat yayıb.

Sayt bildirir: “Artıq nazir postuna yeni təyinat olub. XİN-nin yeni rəhbəri Təhsil naziri Ceyhun Bayramovdur. Məlumat hələ ki, rəsmi təsdiqlənməyib. Prezidentin Ceyhun Bayramovu qəbul etdiyi bildirilir”.

Qeyd edək ki, ötən gecə nazirlərlə keçirilən onlayn toplantıda Prezident İlham Əliyev Elmar Məmmədyarovu tənqid etmiş və həssas məqamda onu postunun başında olmadığını qeyd etmişdi.

Yaxın saatlarda rəsmi Sərəncam dərc olunacaq.