Azərbaycanda neçə nəfər koronavirusa yoluxub, neçə nəfər sağalıb?

Azərbaycanda daha 63 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

XALQ.AZ xəbər verir ki, bununla ölkədə infeksiyaya yoluxanların ümumi sayı 584 nəfərə çatıb.

Virusa yoluxanlardan 5 nəfər dünyasını dəyişib, 26 nəfər müalicə olunaraq sağalıb, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Müalicə olunanlardan 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.