Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? – Açıqlama

“Koronoviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin yoluxması çox azdır”.

XALQ.AZ-ın məlumatına görə, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, tibb işçiləri arasında yoluxma halları, əsasən, kənar xəstəxanalarda işləyən tibb işçiləri arasında müşahidə olunur:

“Bu da koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda tibb işçilərinin özlərini yaxşı qoruması deməkdir. Kənar xəstəxanalardakı tibb işçiləri bu xəstəlik onlara yoluxmaz deyə qoruyucu tədbirlər görmürlər”.

H.Harmancı qeyd edib ki, son statistikaya görə, 300 tibb işçisi koronovirusa yoluxub.