Azərbaycanda polis intihar etdi – FOTO

Azərbaycanda polis intihar edib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Ucar rayonunun Müsüslü kənd sakini, 1992-ci il təvəllüdlü Rafiq Əhmədov yaşadığı ünvandan özünü asaraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

O, Bakı şəhərində polis orqanlarında çalışıb.