Prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılıb

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. XALQ.AZ- ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Похожее изображение

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir: “Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.