Azərbaycanda qatil yaxalandı

Yüz minlərlə tamaşaçının hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi “Toy gecəsi” bədii televiziya serialının 18-ci seriyasında da bir sıra həyəcan və maraq dolu hadisələr baş verir. Həmçinin siz bu bölümdə Azərbaycan serial tarixində ilk dəfə lentə alınmış su altı görüntüləri də izləyə bilərsiniz.

Cahan Səbinədən qurtulmaq üçün məkrli planlarını həyata keçirməkdə davam edir. Bu dəfə o, necə deyərlər, bir gülləylə iki dovşan vurmaq qərarına gəlir. Cahan Zərifənin evinə gələrək ona Toğrulun payını qaytarmaq istədiyini, ancaq Səbinənin Murad Qəhrəmanova güvənərək buna razı olmadığını bildirir. Beləliklə o, Zərifəgillə Qəhrəmanovları üz-üzə qoymaq istəyir. Cahanın daha bir hədəfi isə Aygün olur. O, Aygünün aradan götürülməsini sifariş verir. Nəticədə Aygün avtomobil qəzasına düşür. Digər tərəfdən isə tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov bəzi məsələləri aydınlaşdırmaq üçün Aslanla görüşür. Gərgin şəraitdə keçən sürprizlərlə dolu bu görüşdə bir sıra qaranlıq məqamlara aydınlıq gəlir. Cəvahir Səbinəni aradan götürmək üçün Zaurun planına əsasən muzdlu qatil tutur, həmin qatil təsadüf nəticəsində yaxalanır və…  

Bütün bu hadisələrin necə cərəyan etdiyini təfərrüatıyla bilmək istəyirsinizsə, “Toy gecəsi” bədii televiziya serialının bu gün axşam saat 19.00-da Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanacaq 18-ci bölümünü izləməyi unutmayın.