Azərbaycanda “quş qripi” aşkarlandı

İranın Şərqi Azərbaycan vilayətindəki quşçuluq müəssisəsində “quş qripi” xəstəliyi aşkarlanıb.
XALQ.AZ  xəbər verir ki, vilayətin Kənd Təsərrüfatı İdarəsinin direktor müavini Həbib Şərifian əhaliyə müraciət edərək quşçuluq müəssisələri və ya kəndlərdə şübhəli tələfat müşahidə edilərsə, aidiyyatı qurumlara məlumat verməyə çağırıb.
H.Şərifian əlavə edib ki, quşçuluq müəssisələrində bütün giriş-çıxışlara güclü şəkildə nəzarət olunmalıdır ki, xəstəliyin yayılmasının qarşısı alınsın.
Orxan