Azərbaycanda rəsmi saytlara giriş dayandı

XALQ.AZ xəbər verir ki, Modern.az saytı  yaranan problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, bu məsələyə onlar nəzarət etmir.

“Delta Telecom”un daxili xidmət rəhbəri  Anar Gülməmmədov  isə saytımıza bu cür münasibət bildirib:

“Nazirliklərin rəsmi saytına daxil ola bilməmək “Delta Telecom”un problemi deyil. Çünki dövlət saytlarının “Delta Telecom”a aiddiyatı yoxdur. Əgər ümumi internetlə maraqlanırsızsa, heç bir problem yoxdur. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən soruşun”.

Qeyd edək ki, artıq problem aradan qalxıb və rəsmi saytlara giriş bərpa olunub.

***

Hazırda Azərbaycanda dövlət qurumların saytlarına girişdə ciddi problem yaranıb.

Gov.az domenində yerləşən rəsmi saytlara daxil olmaq mümkün deyil.

Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər rəsmi informasiya saytlarına giriş mümkün deyil.

Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, dövlət qurumlarının saytlarına Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur.

 

 

Orxan