Azərbaycanda sərt karantin rejimi uzadılacaq? –

İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur.


XALQ.AZ xəbər verir ki, bu barədə açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib:


“Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək”. 


Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sərt karantin rejiminin uzadılması haqda qərar verib.