Azərbaycanda təhlükəli uşaq yeməkləri

25

 

«Aptamil PDF»i buraxan şirkət məhsullarını təcili toplamağa başlayıb

Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünya ölkələrinə xəbərdarlıq məktubu göndərib. Həmin xəbərdarlıqda Numil Qida Məhsulları ASC-nin istehsal etdiyi «Aptamil PDF» adlı uşaq yeməklərinin satışının təcili dayandırmalarını tələb olunur.

Məlumatda deyilir ki, şirkətin istehsal etdiyi uşaq qidalarının 294421 və 294433 nömrəli partiyalarının tərkibində çoxlu miqdarda yod və duz olduğu aşkarlanıb. Bu isə uşaqların sürətli şəkildə zəifləməsi, sinir sistemləri pozğunluğu və mədə problemləri yarada bilər. DST də bu səbəbdən «Aptamil PDF»i istehsal edən şirkətlə birlikdə həmin məhsulu dünya ölkələrindən toplamaq barədə qərar çıxarıb.

Qeyd edək ki, analoji məhsulların Azərbaycana da gəlib çıxdığına dair məlumatlar var. Sadəcə, onların miqdarı elə də böyük hesab olunmur. Çünki «Aptamil PDF» adlı uşaq qidaları əsasən az çəkiyə malik zəif uşaqlar üçün nəzərdə tutulur. Belə uşaqların ölkədəki ümumi sayının 300-dən yuxarı ola biləcəyinə inanmayan yerli həkimlər qeyd edirlər ki, bu səbəbdən həmin məhsulları bazardan yığışdırmaq elə də çətin məsələ olmayacaq. Amma bütün bunlara rəğmən, Səhiyyə Nazirliyinin işin üzərinə ciddi düşməsini də zəruri hesab edirlər. (jam.az)