Azərbaycanda tələbələrin sayı 21 faiz artıb – Nazir

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.

XALQ.AZ xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.

C.Bayramov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.