Azərbaycanda terror aktları başladı?

45

 

“Baş verən partlayışlarla bağlı araşdırmanı biz aparmırıq”.

Bu sözləri “Axar.az”-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Azərbaycanda bir gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən  güclü partlayışların terror olması ehtimalına qiymət verərkən dedi.

O, partlayışlarla bağlı araşdırma aparılma səlahiyyətlərinin hələlik Fövqəladə Hallar Nazirliyində olduğunu söylədi:

“Bizdə bununla bağlı təbii ki, məlumat var. Amma hələlik bu işlərlə bağlı əsas söz Fövqəladə Hallar Nazirliyindədir. Onlar araşdırma aparıb nəticəni bildirəcəklər. Yalnız bundan sonra həmin partlayışların hansı səbəbdən baş verdiyi aydınlaşacaq”.

Fövqəladə Hallar Nazirliyi ilə bununla bağlı əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Qeyd edək ki, bu gün Bakıda iki, Biləsuvarda isə bir partlayış olub. Partlayışların ardarda baş verməsi və ölümlə müşayiət olunması Azərbaycanda terakt ehtimalının irəli sürülməsinə səbəb olub.

Xatırladaq ki, bu il yanvarın 28-də “Meşə qardaşları” və “Ceyşullah” terror təşkilatları Azərbaycanda terakt törədəcəkləri ilə bağlı məlumat yaymışdılar.