Azərbaycanda tibbi maska ucuzlaşdı

Azərbaycanda tibbi maskanın qiyməti 17% ucuzlaşıb.

XALQ.AZ xəbər verir ki, tibbi maskanın bir ədədi apteklərdə 25 qəpiyə təklif olunur. Bir çox əczaçılar artıq sentyabr ayından başlayaraq qiyməti endirdiklərini bildirirlər. Buna səbəb kimi isə Azərbaycanda istehsal olunan tibbi maskanın apteklərə bu qiymətə verildiyi bildirilir.

Qeyd edək ki, ötən aylarda tibbi maskanın bir ədədi apteklərdə 30 qəpiyə təkilif olunurdu.