“Azərbaycanda vəkil qurumlarının sayı 73-ə çatıb”

“Azərbaycanda vəkil qurumlarının sayının 39-dan 73-dək artırılıb və vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanları genişləndirilib”.

XALQ.AZ xəbər verir ki,  bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Şəki, Şirvan və Gəncə şəhərlərində regional vəkil mərkəzləri açılacaq.

A.Bağırov bildirib ki, bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması işində, yəni Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində də fəal iştirak edir: “Həmçinin bu gün Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər. Vəkillər Kollegiyası ədliyyə və məhkəmə orqanları ilə əməkdaşlıq şəraitində vəkilliyin inkişafı, yüksəkkeyfiyyətli hüquqi yardımı vətəndaşlara əlçatan etmək məqsədilə çoxşaxəli təşəbbüslər həyata keçirməkdədir”.

 

Orxan