Azərbaycanda yeni radio kanalı açılacaq

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib.