“Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizədək, endirilib” Əli Əhmədov

ali

 

“Azərbaycan son 15 il ərzində iqtisadiyyatını 3,5 dəfə artırıb. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən biridir”.
Bu sözləri baş nazirin müavini Əli Əhmədov “Yüksək səviyyəli statistiklər üçün dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” mövzusunda keçirilən seminarda deyib. O bildirib ki, bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizədək, təxminən 9 dəfə aşağı endirilib: “On il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yerləri yaradılıb”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hazırda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramına qoşulub: “Azərbaycan neft ixrac edən ölkələrdən biridir. Eyni zamanda Azərbaycan iqtisadiyyatında islahatlar aparır, neftdən asılılığı azaltmaq kimi hədəf qarşıya qoyulub. İnanırıq ki, Azərbaycan yeni inkişaf pilləsinə qədəm qoymaq məqsədini də uğurla həyata keçirəcək”.