Azərbaycanda yüksək vəzifəyə təyinat

İlham Sofuyev Ağstafa rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.


XALQ.AZ xəbər verir ki, İlham Sofuyev 1964 cü ildə Ağstafa rayon Muğanlı kəndində anadan olub .Tibb Universitetinin müalicə-profilaktika fakültəsini 1991-ci ildə bitirib. O, həmin dövrdə Sovet ordusunun tərkibində hərbi xidmət keçib.


İ.Sofuyev 1991-ci ildən 1999-cu ilə qədər Milli orduda Tibb xidməti vəzifəsində şərəfli döyüş yolu keçib. Təxris olunduqdan sonra 2008-ci ilə qədər Ağstafa rayonu Muğanlı kəndində həkim, 2008-ci ildən isə Baş həkim vəzifəsində çalışıb.