Azərbaycanda zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 09:43-də Quba stansiyasından 11 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə XALQ.AZ-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanlar 2,5 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. 

Zəlzələ episentrdə hiss olunub.