Azərbaycandakı iqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır

 

75

 

«Azərbaycandakı iqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır. Ona görə də, biz bu ictimai-siyasi sabitliyi göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycandakı iqtisadi inkişaf həm də ölkədə düzgün aparılan iqtisadi siyasətlə bağlıdır. Onun sözlərinə görə, iqtisadi cəhətdən bu cür irəliyə getməyimizin əsas səbəblərindən biri də populizmdən uzaq olmağımızdır.
«Azərbaycan hökuməti, Azərbaycan dövləti populizmdən uzaq bir siyasət yeridir. Bizim vətəndaşlarımız bundan da yüksək səviyyədə yaşamağa, ən yüksək həcmli əmək haqqı almağa layiqdirlər. Bu gün Azərbaycanda güclü dövlət, güclü hakimiyyət var və bunun da başında Azərbaycan xalqının növbəti dəfə etimadını qazanan ölkə Prezidenti İlham Əliyev dayanır»- deyə, birinci vitse-spiker vurğulayıb.