Azərbaycanın 10 milyonuncu vətəndaşı – Foto

Azərbaycanın 10 milyonuncu vətəndaşının fotosu yayılıb.

XALQ.AZ  xəbər verir ki, fotonu oxu.az-a yeni doğulan körpənin atası Rauf Həsənov yollayıb.

Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri uşağın adını Mehriban qoyublar.

 

Orxan