Azərbaycanın bu şəhərinə də giriş-çıxış bağlandı

Göyçay şəhərinə giriş və çıxış bağlanıb.

XALQ.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin gücləndirilməsi tədbirləri sırasında qəbul etdiyi qərara uyğun olaraq, ötən gündən Göyçaya da giriş-çıxış məhdudlaşdırılıb.

Həmçinin, Göyçayda və kəndlərdə COVİD-19 virusuna qarşı dezinfeksiya tədbirləri də yerinə yetirilir.