Azərbaycanın dünyada artan nüfuzunu görən düşmən yenə hərərkətə keçdi

Bildiyimiz kimi, son dövrlər bütün dünyanı çətin sınaq qarşısında qoyan COVİD-19 pandemiyasına qarşı mübarizə artıq qlobal xarakter almışdır. Ölkə başçısı İlham Əliyev cənablarının vaxtında və düzgün verdiyi qərarlar, gördüyü qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə sadəcə regional deyil, eyni zamanda, inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Ölkə prezidenti İlham Əliyev cənabları ölkə daxilində pandemiya ilə mübarizədə nümunəvi təcrübə nümayiş etdirməklə bərabər, dünya ölkələrini də əməkdaşlığa dəvət etmiş, beynəlxalq həmrəylik göstərməyə çağırmışdır. Bildiyimiz kimi, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə QH üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilanın Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir. BMT Nizamnaməsinə əsasən BMT Baş Assambleyasında xüsusi sessiyalar ancaq ehtiyac duyulduğu halda keçirilə bilər. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı müsbət rəylə qarşıladı. Yalnız düşmən ölkə Ermənistandan başqa. Üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib. Bu təşəbbüsün prezidentimiz tərəfindən irəli sürülməsi və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanması dövlətimizə olan inam və etiqadın ən bariz nümunəsidir. Azərbaycan Respublikasının BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələr əməkdaşlığa hazırdır. Lakin təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində fəaliyyət göstərən BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının fəaliyyəti o qədər də görünmür. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Torpaqlarımızın azad olunması uğrunda BMT-nin irəli sürdüyü qətnamələr hamısı demək olar ki kağız üzərində qaldı. Lakin ümid edirik ki, İlham Əliyevin irəli sürdüyü xüsusi sessiya tezliklə həyata keçiriləcək. Ölkə prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə durmadan artır. Azərbaycanın dünyada artan nüfuzundan və gücündən qorxuya düşən Ermənistan dövləti xüsusi sessiyanın keçirilməsi təklifini qəbul etməməklə qalmadı, daha bir hiyləgər planına əl atdı. Artıq bir neçə gündür Azərbaycan-Ermənistan sərhəddinin Tovuz bölgəsində atəşkəsi pozmaqla yenə də dünyanın fikrini yayındırmağa çalışdı. Ağır artilleriya və iriçaplı silahlardan durmadan bölgələrimizə, dinc əhaliyə atəş açırlar. Ordumuzun ayıqlığı, gücü və qüvvəti nəticəsində düşmənin hücumunun qarşısı vaxtında alınıb. Düşmən yenə də ağır itki verərək geri çəkilib. İnanırıq dövlət başçımızın apardığı düzgün siyasət, ordumuzun gücü, dövlətimizin, xalqımızın əzəməti düşməni bundan sonra ümumiyyətlə rahat buraxmayacaq. Çünki düşmən artıq gücümüzə bələddir. Ümid edirik bayrağımız tezliklə Qarabağda dalğalanacaq. Eyni zamanda dünyamız da birlir və həmrəylik göstərərək bu xəstəliyə qalib gələcək.

İnarə Eyubova

“Xəzər Gənclər Evi”nin direktoru