Azərbaycanın “Eurovision 2020″də iştirakı təsdiqləndi

Azərbaycanın “Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən  verilən məlumata görə, gələn il mayın 12-dən 16-a kimi Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.
Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.
Qeyd edək ki, dünyanın ən populyar mahnı müsabiqəsi olan “Eurovision-2020″nun Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.