Azərbaycanın keçmiş xarici işlər naziri vəfat etdi

Sabiq xarici işlər naziri Tofiq Qasımov İsveçrədə vəfat edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Mirbaba Babayev Feysbuk səhifəsində yazıb.

Sabiq nazir 82 yaşında vəfat edib.

Qeyd edək ki, Tofiq Qasımov Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində xarici işlər naziri vəzifəsini daşıyıb. Daha sonra həbs edilən T.Qasımov azadlığa çıxandan sonra Azərbaycanı tərk etmişdi.