Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin reytinqi

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 7,9 mlrd. ABŞ dollarından çox ixrac əməliyyatları həyata keçirib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin analoji dövründə olduğu kimi İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, Çin və Hindistan gəlir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:

# Ölkə İxrac, min ABŞ dolları Ümumi ixraca nisbətən, % Ötən il reytinqdə mövqeyi
1 İtaliya 2 805 906,05 28,12 1
2 Türkiyə 1 233 813,84 12,36 3
3 Çin 684 516,92 6,86
4 Hindistan 626 268,44 6,28 6
5 Almaniya 568 122,01 5,69 10
6 İsrail 545 657,22 5,47 2
7 İspaniya 426 500,76 4,27
8 Rusiya 377 454,86 3,78 8
9 Çexiya 331 908,06 3,33 9
10 Gürcüstan 316 233,87 3,17

Orxan