Azərbaycanın məşhur əməkdar artisti koronavirusa yoluxdu

Azərbaycanlı aktyor, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.

XALQ.AZ xəbər verir ki, aktyor xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Hazırda temperaturu bir qədər yüksək olsa da, Bəhram Bağırzadənin vəziyyəti stabildir.