Azərbaycanın NATO yanında nümayəndəliyində görüş keçirilib

Avropa Azərbaycanlıları Konqresinin (AAK) 15 illik yubileyi ərəfəsində tədbirlər planına əsasən Brüssel şəhərində bir sıra görüşlər keçirilib. Belə görüşlərdən biri də NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan nümayəndəliyində olub.

AAK-ın rəhbəri Sahil Qasımov təşkilatın Azərbaycanın maraqlarına uyğun fəaliyyət strategiyası haqqında məlumat verib.

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov AAK-ı 15 illik yubileyi münasibətilə təbrik edib, onun Avropadakı fəaliyyətinin təqdirəlayiq olduğunu deyib.

Görüşdə NATO-da təmsil olunan dövlətlərin Azərbaycanla münasibətləri, bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparılıb.

ATXƏM-in sədri İlham İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Azəri Türk Qadınlar Birliyinin sədri, AAK-ın idarə heyətinin üzvü Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı fikirlərini bildiriblər.