Azərbaycanın peşə təhsili sistemində ilk

65

 

Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. ANS PRESS-in məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Bu il ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək.

“Növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasının başlanması planlaşdırılır. Bundan əlavə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ehtiyac duyulan bir sıra yeni ixtisasların açılmasını da nəzərəd tutulur”.

M.Cabbarov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələri rəqabətə hazır olmalı və mövcud qanunvericilik çərçivəsində maddi-texniki bazalarının gücləndirilməsi işinə əlavə təkan verməlidirlər. Bu baxımdan kommersiya fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc əldə etmək daha səmərəli üsullardandır.